Səid bəy muğanlı nə deyib...

Adim həyəcandir,adim AZƏRBAYCANDİR
Adim təbrizin dəmir aşiğinin pasli dodağindadir
Müsəllada yandirilan saz çanağinda
Bəbəkdə mənəm beyrəkdə mənəm
Qanli bayraqli BABƏKdə mənəm
Dədəm qorqudun qopuzlu dili
Adim tümrüsün qanli əlidir
At üstə yaşayan atilayam
Döyüşdı qaraqaşqa qir at boz atilayam
Dünyani ikiyə bölən bir oxam
Yani,oxtayam
Dəli kürəm,qalabaliğam
ARAZAM
Yani qara baliğam
Göydə səs gəlsə maqomayevin gümüşə səsi
Yerdə üzeyir koroğlunun otuz yeddisi
Şah ismayilin saz qilinciyam
Müəzzin əminin azan şarqisi
Burla xatinam,
Çiçəyəm,
Yani,göyçəyəm
Bülbülün nəğməsiyəm
Xanin səsiyəm
Tarix məndə nəfəs alıb verir
Aziğ mağarasında
Türkün qızıl kitabıyam
Qarabağ şikəstəsində hay-hay ağlayan dilsiz çənəyəm
Quzu tək mələyən qarabağam
QARABAXTAM
Qurd tək ulayan Çeçenistanam
Orxun yazıları əllərındə göyərən türküstan
Qar kimi Aydınam
Hava tək yayğın
Tanriam,yaradan mənəm,yaranış mənəm,
Yaranmış mənəm
Günəş rəsuluyam ,ay imamiam,aynayam,aysudayam
Mövcüzəm qarmandır
Və sevgi ilahəsi şamandır
Gücüm dədə qorquddur
Boz qurddur
Çin duvarlari qorxusundan tikilən döyüşçü mənəm
Quldur allahların,qotur şeytanların qoduq qoşarların(şairlərın)
Yalançı şahnamələrindəki türkəm
Toy düyünlü turanam
Qara dev də mənəm
Qara ev də mənəm
Kuruş şahın qatılıyam Hələ də ki var
Öküz rüstəmin saqqalından toxunmuşam
Yasaq məftili var dodağımda
Dəli dümrüləm ee….y
Oğuzdur babam
Səni necə başa salım
MƏN ƏFRASİYABAM
ərqənəqondan başlanan yazam
və əşhədi qarabağ şikəstəsındə
oxunan namazam
yanı təbrizdə namaz üstə yandırılan sazam
qubanın ağ almasiyam
muğanın üzüm şarabı
oralam,altayam,göy göləm
yanı El gölüyəm
URMU GÖLÜNDƏ OSMAN YUMRUĞUYAM
Üsyan yumruğu
Və türk dünyası kimi bölük - bölük bölünən
xəzərəm
türk tarixli torpağı At üstü gəzərəm
....dedim ki səttarxanam,həmən üsyanam










